İnsan bu halda hətta ehtiyacsız ola bilər


Digərləri 28 Fev 2019 21:55:00 271 0

İnsan bu halda hətta ehtiyacsız ola bilər

İmam Baqir (ə) buyurur: "Allah Davuda (ə) vəhy edir: "Davamçılarına de ki, hər biri Mənə itaət etmək üçün vəzifələnmişdir. Əgər Mənə itaət edərsə, Özümə lazım bilirəm ki, ona itaət edəm. Mənə itaət etməkdə ona yardım edəm. Əgər Məndən bir şey istəyərsə - ona verərəm. Əgər Məni çağırarsa - ona cavab verərəm. Əgər Mənə pənah gətirərsə - ona pənah verərəm. Əgər Məndən hacət istəyərsə - onu ehtiyacsız edərəm. Əgər Mənə təvəkkül edərsə - onu çirkinliklərdən qoruyaram. Əgər bütün xəlq onun əleyhinə plan cızarsa, ona dayaq olaram"".

Bu nurani hədisdə Allah Təbarəkə və Təala bizə ona yaxınlaşanların hansı fəzilətlərdən bəhrələndiyini saymış və İlahi rəhmətinin genişliyindən xəbər vermişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala buyurur ki, hər kim Ona yaxın olmaq istəyirsə, ilk növbədə Ona itaət etməlidir. Onun buyurduqlarını sorğu-sualsız yerinə yetirməlidir. Vacibatlarını ən yaxşı şəkildə icra etməlidir. Əgər belə olarsa, bəndə Ona yaxınlaşmağa başlayar və Allah da ona bu yolda yardım edər.

Allaha yaxınlaşan bəndənin əldə etdiyi fəzilətlər:

1. Allahdan nə istəyərsə, ona verər.

2. Allahı çağıran zaman, ona cavab verər.

3. Allaha pənah apararsa, ona pənah verər.