Hər peyğəmbər öz davamçılarına şəfaət verəcəkdir


Digərləri 28 Fev 2019 21:50:00 239 0

Hər peyğəmbər öz davamçılarına şəfaət verəcəkdir

Hədislərimiz buyurur ki, Qiyamət günü hər peyğəmbər (ə) öz məbus olduğu qövmə şəfaət verəcəkdir. Onların şəfaəti hansı vəziyyətə aiddir?

Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir peyğəmbər (ə) müəyyən bir qövm üçün məbus olar ki, onları islah edib, Allah yoluna gətirsin. Əgər onun dini təhrif olunmamış ona itaət edən insanlar onun buyurduqlarına əməl edərək dünyalarını dəyişərsə, bu zaman həmin peyğəmbərin (ə) şəfaəti onlara şamil olar.

Ancaq əgər bu ümmət sonrakı peyğəmbəri (ə) inkar edib, onu qəbul etməzlərsə və onlara hüccət tamam olduqdan sonra da tərslik edərlərsə - həmin peyğəmbərin (ə) şəfaəti onlara şamil olmaz.

Misal üçün, Həzrət Musa (ə) Həzrət İsaya (ə) qədər yaşamış və mömin olmuş yəhudilərə şəfaət verəcəkdir. Həzrət İsa (ə) da Həzrət Muhəmmədə (s) qədər yaşamış mömin xristianlara.