Bu müqəddəs adın 1 hərfi gizli qalıb


Digərləri 28 Fev 2019 21:40:00 475 0

Bu müqəddəs adın 1 hərfi gizli qalıb

Allahın adları elə sözlərdir ki, Allahın hansısa zati sifətinə işarə edir. Misal üçün, Şafi adı Onun şəfa verən olmasına işarə edir. Allahın adları - bizimlə Allah arasında vasitədirlər. Misal üçün, əgər Allahdan bağışlanma istəyiriksə, Allahı Ğəfur və ya Təvvab adı ilə çağırırıq. Əgər ruzi istəyiriksə, Rəzzaq adı ilə çağırırıq.

Bununla yanaşı, Allahın əzəmətli adı vardır ki, hədislərimizin buyurduğuna görə, hər kim Allahı o adı ilə çağırarsa, duası yerinə yetər. Hədislərimiz buyurur ki, bu adın özü bir sirdir və hər kim onu bilər - bütün çətinliklərin qapısı üzünə açılmış olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "İsa ibni Məryəmə (ə) onun iki hərfi əta olmuşdur. Musaya (ə) - dörd hərfi, İbrahimə (ə) - səkkiz hərfi, Nuha (ə) - 15 hərfi, Adəmə (ə) - 25 hərfi, Muhəmmədə (s) - 72 hərfi. O hərfin (yalnız) biri Həzrətdən (s) gizli idi".

Başqa hədis buyurur ki, Allahın əzəmətli adı 73 hərfdən ibarətdir və Asəf onun ancaq birini bildiyi halda, Bilqeysin taxtını bir göz qırpımında sarayından götürüb, Süleymanın sarayına gətirir.