Valideynləri qorxudan xəstəlik: uşaqların


Digərləri 28 Fev 2019 21:25:00 300 0

Valideynləri qorxudan xəstəlik: uşaqların

Yüksək hərarət uşağın xəstələndiydən xəbər verən siqnallardan biridir. Buna görə də hərarəti salmağa çalışmadan əvvəl, onun simptomlarını üzə çıxarmaq lazımdır.   Son.az medicina.az-a istinadən uşaqlarda temperaturun qalxma səbəblərini təqdim edir:

Normal temperatur

Temperaturun normadan yüksək olduğunu bilmək üçün əvvəl normanı müəyyən etmək lazımdır. Çoxları elə düşünür ki, sağlam uşağın bədən temperaturu 36,6-ya bərabər olmalıdır. Amma bu, belə deyil. Temperatur yalnız uşağın yaşından deyil, həmçinin, günündən də asılı olaraq dəyişir.

Qeyd etmək lazımdır ki, uşaq 30 dəqiqə ərzində fiziki aktivlik edərkən də onun bədən temperaturu qalxa bilər. Uşağın 1 yaşına qədər bədən temperaturu sonrakı illərə nisbətən daha yüksək ola bilər. Bunun səbəbi uşağın beyninin istilik tənzimləmə funksiyasının lazımi qədər formalaşmamasıdır. Ona görə də südəmər uşaqlarda adətən bədən temperaturu 36,3-37,4 arası dəyişir. Əgər uşaq normal yeyir və yatırsa, o zaman narahat olmağa dəyməz.

Febril/subfebril temperatur

37-38 dərəcə intervalında olan temperaturu subfebril temperatur adlandırırlar.  Bu cür temperaturu aşağı salmaq tələb olunmur. Amma əgər subfebril qızdırma 5 gündən çox davam edərsə, o zaman bu orqanizmdə olan hər hansı bir problemdən xəbər verir. Buna görə də mütləq həkimə müraciət etmək lazımdır.

Febril qızdırma zamanı bədənin temperaturu 38,1-39 dərəcə arasında olur. Bu kifayət qədər yüksək temperatur hesab edilir. Buna görə də uşağın ümumi vəziyyətinə , dərisinə, nəfəs yollarına, limfa düyünlərinə diqqət yetirmək tələb olunur. Febril temperatur zamanı uşağa çoxlu maye içirmək lazımdır.

Aşağı temperatur

Hipotermiya  əsasən, soyuq ətraf mühit, infeksiya, nevroloji problemlərdən, metabolik və endokrin xəstəliklər səbəbindən meydana gələ bilər. Buna görə də temperaturun aşağı olduğu müşahidə edilən kimi həkimə müraciət edilməlidir.   Uşaqda aşağı temperatur  müşahidə edildikdə aşağıdakıları həyata keçirmək lazımdır:

- uşağın paltarlarını dəyişin