Kredit borclar nə qədər məbləğdə silinəcək?


Digərləri 28 Fev 2019 21:03:00 223 0

Kredit borclar nə qədər məbləğdə silinəcək?

"Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair fərman imzalayıb. Birincisi bu fərman yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur. İkincisi isə, fərmanın əhatə dairəsinə yalnız 10 000 dollaradək xarici valyutada olan əsas kredit borclarının daxildir".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert qeyd edib ki, fərmana görə maksimum silinən borc 5 000 dollardan çox ola bilməz: "Bu o deməkdir ki, 1 nəfərin müxtəlif banklardan 10 000 dollaradək olan bir neçə borcu varsa, onun bütün borclar üzrə silinən məbləği 5 000 dolları ötə bilməz. Eyni zamanda bu elə başa düşülməməlidir ki, hər kəsin 5 000 dollarardək olan borcu silinəcək. Silinən borcun maksimum məbləği 5 000 dollar ola bilər.

Üçüncüsü, fərmana görə yalnız silinən kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanmalıdır və kreditlərin qaytarlma vaxtından ən azı 365 gün keçməlidir. Bu o deməkdir ki, 2012-ci ildən əvvəl və müddətindən asılı olaraq ən geci 2016-cı ildən sonra alınan kreditlər bura şamil olunmur. Dördüncüsü, fərmana görə silinən borclar 2 qrupda təsnifləşdirilir.

Bir qrupda 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 1-dək olan borclar üçün hər 1 dollara görə 15 sent silinəcək. Yəni bu müddətdə 5000 dollar borcu olandan 750 dollar, 6000 dollar borcu olandan 900 dollar, 7000 dollar borcu olandan 1050 dollar, 8000 dollar borcu olandan 1200 dollar, 10000 dollar borcu olandan isə 1500 dollar silinəcək. Əgər borc sahibi tutaq ki, borcunu çox hissəsini ödəyib, az hissəsi qalıbsa onda ona hesablanan məbləğin bir hissəsi yerdə qalan borca silinəcək, artıq məbləğ isə həmin şəxsin sərəncamında qalacaq.

Fərz edək ki, sizin 6000 dollar borcunuz olub, onun 5500 dollarını ödəmisiniz, o halda sizə düşəcək 900 dollardan 500 dollarlıq borc bağlanacaq, yerdə qalan 400 dollar sizə veriləcək".