Zalım və sehrbaza qarşı


Digərləri 28 Fev 2019 21:10:00 292 0

Zalım və sehrbaza qarşı

İmam Əli (ə) buyurub: "Əgər hər hansı bir zalım və ya sehrbazdan qorxsanız, gecə namazından sonra, sübh namazından əvvəl üzünüzü həmin zalım və ya sehrbazın evinə tərəf tutun və deyin: "Bismillahi və billah. Sənə-şuddu əzudəkə biəxiykə və nəcəlu ləkuma sultanən fəla yəsilunə iləykuma biayatina əntuma və mənittə bəəkuməl ğalibun" ("Qəsəs", 35). Tərcüməsi: "(Allah) buyurdu: "Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Firona və əyanlarına) mütləq qalib gələcəksiniz!".

Həmçinin məsumlardan rəvayət edilib ki, kim sehrdən qorxsa aşağıdakı ayələri oxusun: "Yunis" surəsi (80-82), "Furqan" surəsi (23), "Ənbiya" surəsi (18), "Taha" surəsi (69-70).