Ukraynanın tanınmış 1+1 telekanalında Xocalı soyqırımı haqda süjet


Digərləri 28 Fev 2019 20:54:00 243 0

Ukraynanın tanınmış 1+1 telekanalında Xocalı soyqırımı haqda süjet

Ukraynanın tanınmış 1+1 telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlayıb.

Son.az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, telekanalın jurnalisti Bakıda Xocalı soyqırımının şahidlərini danışdırıb.

Sujetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.