Bakıda iki nəfəri öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxundu


Kriminal 28 Fev 2019 20:57:00 311 0

Bakıda iki nəfəri öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, ötən il sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi "ZİL-130" markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü İlkin Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.