"Canavarlar meşədə yaşayır"
Digərləri 28 Fev 2019 20:34:00 272 0
Yırtıcıların ev heyvanlarına növbəti hücumu Lənkəran rayonunun Urqa kəndi yaxınlığında baş verib.
Son.az bildirir ki, bunu Sputnik Azərbaycan-a Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kəndindəki icra nümayəndəi Yusif Xamiyev bildirib. Məsələnin sirli tərəfi ondan ibarətdir ki, meşədə yaşayan canavarların ov dalınca dənizin sahilinə endiyinə icra nümayəndələri şübhə ilə yanaşırlar.
Xamiyevin sözlərinə görə, bu günlərdə heyvandarlıqla məşğul olan yerli sakin Savalan Rəhimov İcra Hakimiyyətinə müraciət edib. Kişi bildirib ki, bir neçə gün əvvəl canavar onun iki inəyini parçalayıb. Fevralın 25-də isə canavar yenidən heyvanlara hücum edib və onlardan birini yaralayıb.
Lakin fermerin şikayəti İcra Hakimiyyətinin nümayəndələri arasında inamsızlıq yaradıb.
"İş orasındadır ki, bizdə heç vaxt canavar olmayıb. Kənd sahil ərazisində yerləşir, canavarlar isə meşədə yaşayır. Mən baş vermiş hadisədən xəbər tutan kimi əlaqədar orqanlara, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Baytarlıq Xidmətinə məlumat vermişəm" - deyə icra nümayəndəsi bildirib.
Xamiyev deyib ki, o, fermerin danışdıqları ilə razılaşır. Çünki heyvanlara hücum bir neçə il əvvəl Xəzər dənizinin sahildən içərilərə doğru çəkilməsindən sonra yaranan qamışlıqda baş verib. Öz növbəsində baytarlar və ekoloqlar da hadisə yerinə və zərərçəkmiş heyvanlara baxış keçirərkən o nəticəyə gəliblər ki, həqiqətən də heyvanlara yırtıcılar hücum edib. Lakin o yırtıcının canavar, çaqqal, tülkü və yaxud başqa heyvan olduğunu hələlik müəyyən etmək mümkün olmayıb.