Gültəkin Hacıbəylinin qayınana davası


Digərləri 28 Fev 2019 20:39:00 270 0

Gültəkin Hacıbəylinin qayınana davası

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qayınanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası bitmək bilmir.

Son.az publika.az-a istinadən xəbər verir ki, Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.

Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzildən gedir: "Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyə edib. Sonradan qayınana pulunu tələb etsə də, Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə də qayınanası məhkəməyə müraciət edib.