Atakamada elmə məlum olmayan canlılar aşkarlandı


Digərləri 28 Fev 2019 20:11:00 218 0

Atakamada elmə məlum olmayan canlılar aşkarlandı

Marsın eksperimental "Zoe" rover aparatı Çilinin Atakama səhrasında ekstremal quraq iqlim şəraitində sağ qala bilən torpaq bakteriyalarını aşkarlayıb. Onlardan bəziləri elmə məlum deyil.

Son.az Oxu.az-a istinadən bildirir ki, Yel Universitetinin kollecindən olan bioloq Stiven Poyntinqin (Stephen PointinG) sözlərinə görə,  avtonom rover aparatı ən əlverişsiz şəraiti olan mühitdə torpaq səthində həyat əlamətləri axtarıb tapmağa qadir olduğunu sübuta yetirib.

Atakama səhrası dünyanın ən quraq məkanı hesab olunur. Meteostansiyalar onun bəzi ərazilərində bir əsrdən çox yağıntı qeydə almayıb.

Məlumata görə, Mars roveri səhrada 80 santimetr dərinliyə malik dəlik qazaraq, 90 nümunə götürüb və onların bəzilərində mikroorqanizmlərin olduğunu müəyyən edib. Dərinliyin artması ilə daha duzlu şəraitə uyğunlaşa bilən bakteriyalar üstünlük təşkil edib.