“15 yaşlı oğlanlar, 9 yaşlı qızlar...”


Digərləri 28 Fev 2019 20:14:00 266 0

“15 yaşlı oğlanlar, 9 yaşlı qızlar...”

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman İranda insan haqlarının vəziyyəti ilə bağlı II hesabatını bu təşkilatın İnsan Hüquqları Şurasına təqdim edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hesabatda İranın dini-siyasi rəhbərliyindən qanunsuz edamları dayandırmaq tələb olunub.

Hesabatda bildirilir ki, İran İslam Respublikasında dini-siyasi rejimə qarşı keçirilən kütləvi etirazların davam etməsi ölkə üzrə insan haqlarının kobud formada pozulmasının təzahürüdür:

"Bunu hüquqşünasların, hüquq müdafiəçilərinin və əmək fəallarının həbs olunması, İran hakimiyyətinin vətəndaşların dinc etirazlarına qarşı zorakılıq nümayiş etdirməsi də göstərir.

Biz İranda yaşı 18-ə çatmamış yeniyetmələrin edam olunmasının davam etdirilməsindən narahatlığımızı bildirir, hesab edirik ki, İran İslam Respublikası bu edamlarla beynəlxalq qanunlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini nümayiş etdirir.