Azərbaycanda əhalisi azalan kəndlərin çox olduğu regionların ADLARI açıqlanıb


Digərləri 28 Fev 2019 20:04:54 214 0

Azərbaycanda əhalisi azalan kəndlərin çox olduğu regionların ADLARI açıqlanıb

Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir. Bu şəhərin əhalisi son 20 ildə cəmi 10,5 min nəfər (11%) artıb. Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov deyib. Mütəxəssisin sözlərinə görə, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib. Həmçinin regionlarda orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılıb.