Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər


Digərləri 28 Fev 2019 19:39:00 234 0

Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər

Rusiyada əmək qabiliyyətli yaşda olan qadınlar arasında ölüm hallarının əsas səbəbi onkoloji xəstəliklərdir.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə bu xəstəliklərdən yaşı 16-dan 54-dək olan 19,6 min qadın dünyasını dəyişib.

Ölüm hallarının ikinci əsas səbəbi qan dövranı sistemi xəstəlikləridir - bu, 18,9 min rusiyalı qadının həyatına son qoyub.

Bədbəxt hadisələr, hücumlar və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı isə 15,8 min nəfər təşkil edir.