Ekspert: Prezident İlham Əliyev problemli kreditləri həll etməklə dövlətin xalqın istəklərinə həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi


Digərləri 28 Fev 2019 19:29:10 69 0

Ekspert: Prezident İlham Əliyev problemli kreditləri həll etməklə dövlətin xalqın istəklərinə həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi

Prezident İlham Əliyev problemli kreditləri həll etməklə dövlətin xalqın istəklərinə həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi.

Bakı. Samir Əli - Prezident İlham Əliyev problemli kreditlər məsələsinin elə optimal həll yolunu tətbiq etdi ki, bu, problemə birbaşa aidiyyəti olan minlərlə insanın maraqlarına, maliyyə sabitliyi prinsipinin tələblərinə tam cavab verir. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O qeyd edib ki, dünyada neftin qiymətinin əsasən siyasi amillər səbəbindən azalmasından sonrakı iflas proseslərinin bütün ölkələrə, o cümlədən Azərbaycana da təsiri nəticəsində minlərlə insanın daha da ağırlaşmış məzənnə şərtləri altında banklara böyük borc öhdəlikləri yarandı: "Bu məsələ ilə bağlı ictimaiyyət arasında bir neçə il getmiş müzakirələrin hətta bəzi ambisiyalı siyasi dairələr tərəfindən hakimiyyətə qarşı kütləvi narazılıq motivinə çevrilməsi cəhdləri də oldu. Həmin siyasi dairələr əhali arasında guya hakimiyyətin problemlə məşğul olmaq istəmədiyi barədə rəy yaratmağa çalışırdılar. Lakin Prezidentin məlum fərmanı dövlət başçısının müvafiq orqanlarla birgə problemin həlli ilə intensiv məşğul olduğunu və ən optimal həll yolunun tapılması üzərində işlədiyini sübut etdi. Tətbiq edilmiş mexanizmin təhlili göstərir ki, bu mexanizm bir neçə ayın yox, illərlə aparılmış müzakirə və təhlillərin nəticəsi olaraq ortaya çıxıb. Problemli kreditlərin həlli mexanizminin bəzi başqa ölkələrdəki analoji proseslərdən fərqlənməsi bunu deməyə əsas verir. Prezident problemli kreditlərin taleyinə aydınlıq gətirməklə dövlətin bütün ictimai müzakirələrə, xalqın istəklərinə və rifahının yaxşılaşdırılması çağırışlarına həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi. Problemli kreditlər məsələsi Azərbaycanda ardıcıl və fasiləsiz həyata keçirilən sosial himayə paketinin tərkib hissəsi kimi özünü göstərir". Ekspert bildirib ki, əslində problemli kreditlər Azərbaycanın özünün apardığı siyasətin yox, dünyada bizdən asılı olmayan tam fərqli səbəblərdən yaranmışdı. Lakin Azərbaycan Prezidenti bütün cəmiyyətin bu probleminin həllinin dövlətin üzərinə qoymaqla xalqa xidmətin yüksək nümunəsini göstərdi və ən çətin anlarda xalqı maliyyə çətinlikləri ilə təklikdə qoymayacağını nümayiş etdirdi: "Xalqın böyük bir maliyyə yükünü aradan qaldırmaq yalnız sosial dövlətçilik və ümumi rifah prinsipinə üstünlük verən dövlət başçısının işi ola bilərdi. Prezident İlham Əliyev dövlətin iqtisadi gücünü xalqın mənafeyi üçün daim artırmaq və artan iqtisadi imkanları yenidən ən müxtəlif layihələrlə xalqın özünə maddi fayda kimi qaytarmaq strategiyasına tam sadiq qaldığını göstərdi. Dövlət başçısı hətta ən çətin anlarda xalqın rifahı ilə bağlı heç bir sosial layihə və proqramın təxirə salınmayacağı barədə elan etdiyi kursa sadiqliyini davam etdirdi. Əvvəlki böyük sosial layihələrin uğurla həlli təcrübəsi qəti şəkildə deməyə əsas verir ki, Prezident bu məsələni də sonadək tam və uğurla icra edəcək, Azərbaycanda vətəndaş məmnunluğunun səviyyəsinə görə ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Hamımızın yol verdiyi 4 maliyyə səhvi like
  • 28 Fev 19:29  
Digərləri Hamımızın yol verdiyi 4 maliyyə səhvi

Son.az Trend-ə istinadən bildirir ki, Uğurlu milyonçu və "Shark Tank

arrow Ətraflı
"Beauty Star Azerbaijan2"nin Qala gecəsi keçirildi like
  • 28 Fev 19:24  
Kriminal "Beauty Star Azerbaijan2"nin Qala gecəsi keçirildi

"Avand production"-nun təşkilatçılığı ilə "Beauty Star Az

arrow Ətraflı
"30 ilə yaxındır görmürəm..." like
  • 28 Fev 19:21  
Şou-biznes "30 ilə yaxındır görmürəm..."

Müğənni Sevda Əliqızı "Bizimləsən" verilişinə qatılıb.

arrow Ətraflı
Generalpolkovnik Moskvanın mərkəzində döyüldü like
  • 28 Fev 19:19  
Digərləri Generalpolkovnik Moskvanın mərkəzində döyüldü

Moskvada "Maloy Nikitski" küçəsində sənaye nazirinin keçmiş mü

arrow Ətraflı
“Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95%-i başa çatıb (FOTO) like
  • 28 Fev 19:15  
Digərləri “Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95%-i başa çatıb (FOTO)

Energetika Nazirliyində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlar

arrow Ətraflı
Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər like
  • 28 Fev 19:14  
Digərləri Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 28 Fev 19:11  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Ölkə şou-biznesinin tanınmış simaları bu gün də ən yeni şəkillərini

arrow Ətraflı
Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb like
  • 28 Fev 19:09  
Digərləri Startap layihələrinə dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə

arrow Ətraflı
"Novruz" yarmarkaları təşkil olunacaq like
  • 28 Fev 19:09  
Digərləri "Novruz" yarmarkaları təşkil olunacaq

Bakı şəhəri rayonlarında martın 2-dən etibarən hər həftənin şənbə

arrow Ətraflı
Bakıda qatil qadına 16 il iş verildi like
  • 28 Fev 19:04  
Kriminal Bakıda qatil qadına 16 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsir

arrow Ətraflı
"Doktor" ləqəbli narkotacir Goranboyda ələ keçdi like
  • 28 Fev 18:59  
Kriminal "Doktor" ləqəbli narkotacir Goranboyda ələ keçdi

Goranboy rayonunda "Doktor" ləqəbli narkotacir saxlanılıb.

arrow Ətraflı