"Beauty Star Azerbaijan2"nin Qala gecəsi keçirildi


Kriminal 28 Fev 2019 19:24:00 380 0

"Beauty Star Azerbaijan2"nin Qala gecəsi keçirildi

"Avand production"-nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub.

Son.az xəbər verir ki, tədbirdə ilin trend saç düzümləri, make up-u, fashion geyimləri nümayiş olunub. Yarışmada paytaxt Bakıdan əlavə, regionlardan qoşulan iştirakçılar da olub . Bir-birindən maraqlı hadisələrlə və sürprizlərlə yadda qalan gecədə tanınmış müğənnilər, stilistlər, vizajistlər, aktyorlar, bloggerlər iştirak ediblər.

Make up kateqoriyası üzrə 1-ci yeri Şahnaz Məmmədova, Hair Stilist kateqoriyası üzrə 1-ci yeri isə Arzu Nəcəfova tutub.

Qaliblərə və qonaqlara xüsusi hədiyələr də təqdim olunub. Qeyd edək ki, geyim nümayişində iştirak edən modelərin saç və make up düzümlərini peşəkar ustalar hazırlayıb.

Make up kateqoriyası üzrə yarışan vizajistlərin modelləri bəzəməsi onlara daha da  gözəllik qatıb. Bütün bunlar qonaqlarda xüsusi maraq oyadıb .

Eyni zamanda tədbirdə yeni kosmetik məhsulların təqdimatı olub . Fransadan ölkəmizə gətirilən bu vasitələr xanımlar üçün xüsusi sürpriz olub. Qonaqlara xüsusi hədiyələr təqdim olunub.


Xəbərə aid fotolar