Hamımızın yol verdiyi 4 maliyyə səhvi


Digərləri 28 Fev 2019 19:29:00 250 0

Hamımızın yol verdiyi 4 maliyyə səhvi

Son.az Trend-ə istinadən bildirir ki, Uğurlu milyonçu və "Shark Tank" teleşousunun qəhrəmanı Kevin O`Liri pullarla bağlı geniş yayılmış səhvlər haqqında danışıb və gələcəkdə onlardan uzaq durmağın yollarını açıqlayıb.

Bu gün həyat (yaşamaq) neçəyədir? Əgər sizin bu suala cavabınız yoxdursa, demək siz maliyyə fəlakətinin astanasındasınız. Kevin O`Liri hesab edir ki, fəlakət bu an baş verməsə də, yaxın gələcəkdə özünü büruza verəcək.

Öz pullarına gəlincə, iti dilli və Amerika teleşousunun qəhrəmanı olan 61 yaşlı milyonçu, sərvətini uzun illər boyunca qəpik-qəpik yığıb. Hər şey O`Liri Kanadanın Monreal şəhərində balaca, utanğac bir oğlan kimi böyüdüyü zaman başlayıb. Cavan O`Liri qazandığı və ya ona bağışlanılan hər dollardan 1 faizə qənaət edirdi. Bu gün multimilyonçu və fond maqnatı olmağına baxmayaraq O`Liri yenə də eyni həyat tərzini davam etdirir.

"Shark Tank" verlişinin buraxılışlarının birində milyonçudan pullarla bağlı ən geniş yayılmış səhvlər və belə səhvlərdən uzaq durmağın yolları haqqında soruşdular.

Səhv 1: Heç vaxt geyinməyəcəyiniz mənasız şeylərə pul xərcləmək

Bir çox insan ona lazım olacaq qədərindən qat-qat çox lazım şeylər alır. Söhbət paltardan gedirsə bu məsələ həm kişilər, həm də qadınlar üçün keçərlidir. Adətən bu cür bazarlığın (şoppinq) özünün verdiyi hiss insanların xoşuna gəlir, ancaq siz şkafınızın içinə baxasınız görəcəksiniz ki, 100 haldan 80-də gündəlik həyatınızda 20% eyni geyimlərdən istifadə edirsiniz. Yerdəqalanlar sadəcə yer tuturlar.

Həll yolu: Yüksək keyfiyyətli geyimlər almaq və onları geyinmək

Əgər siz geyim və ya dəbdəbəli aksessuarlar almaq fikrindəsinizsə, o zaman doğurdan bahalı və keyfiyyətli mallar seçin. Yaxşı geyimləri əldə etmək üçün pulunuza qənaət etməyə dəyər. Bu addım uzunmüddətli prespektivdə özünü doğruldacaq. O`Liri deyir ki: "Mən hər gün eyni kostyum geyinirəm. Kostyumlarımın sayı 20 dənədir, ona görə də bu üslubla bağlı daha narahatlıq keçirmirəm. Mən səfər edəndə çamadanımda 4 dəst kostyum olur və onları cırılana qədər geyinirəm. Sonra onu ya tullayır ya da xeyriyyə məqsədlərinə verirəm".

Səhv 2: Aylıq gəlirlərinizdən bixəbər olmaq

O`Lirinin sözlərinə görə onu əksər insanlarda və bir çox varlı tanışlarında təəccübləndirən cəhət odur ki, onlar özlərinin aylıq xərclərini bilmirlər. Evli və ya subay, tək valideyinlər ya da istənilən başqa birinin 30 günlük həyatın neçəyə olduğu haqqında heç bir anlayışı yoxdur. Bu isə artıq uçuruma yaxınlaşmaq deməkdir.

Həll yolu: Yaşayış xərclərinizi müəyyənləşdirərək, büdcənizi ona uyğun planlaşdırın