Azərbaycan və Rusiya ekspertləri iki ölkənin iqtisadi və investisiya əməkdaşlığını müzakirə edəcək


Digərləri 28 Fev 2019 19:17:00 209 0

Azərbaycan və Rusiya ekspertləri iki ölkənin iqtisadi və investisiya əməkdaşlığını müzakirə edəcək

Martın 4-ü saat 13:00-da "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin Beynəlxalq multimedia mətbuat mərkəzində "Azərbaycan və Rusiyanın iqtisadi və investisiya əməkdaşlığı: yeni artım nöqtələri" mövzusuna Moskva-Bakı telekörpüsü keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə TREND informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov, "Day.az" informasiya portalının baş redaktoru, iqtisadçı Emin Əliyev, Azərbaycan İqtisad Universitetinin professoru, Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov iştirak edəcək.

Rusiya tərəfindən videokörpüdə iqtisadçı, "Azərbaycanın idarəçiliyi və iqtisadiyyatında əsas tendensiyalar: 2019-cu ilin birinci yarısı. Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığının inkişaf perspektivləri" hesabatının müəllifi Aleksandr Karavayev, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Artyom Pılin, iqtisadçı, Həştərxan Dövlət Texniki Universitetinin Dmitrov filialının direktoru Anna Solonenko, Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Leonid Qusev iştirak edəcək.

Rusiya-Azərbaycan əlaqələri sistemində formalaşan iqtisadi layihələr necə və hansı miqyasda inkişaf edəcək və Rusiya-Azərbaycan iqtisadi əlaqələr amili regional inteqrasiyanın genişlənməsinə necə kömək edir? Moskva və Bakı ikitərəfli iqtisadi potensialın uğurlu inkişaf modelini nümayiş etdirməklə sabit iqtisadi qarşılıqlı fəaliyyət xəttini necə formalaşdırır?

Ekspertlər Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı sahəsində bu və digər məsələlər barədə öz fikirlərini Moskva-Bakı videokörpüsü zamanı səsləndirəcək.