Generalpolkovnik Moskvanın mərkəzində döyüldü


Digərləri 28 Fev 2019 19:19:00 208 0

Generalpolkovnik Moskvanın mərkəzində döyüldü

Moskvada "Maloy Nikitski" küçəsində sənaye nazirinin keçmiş müavini, ehtiyatda olan general-polkovnik Aleksandr Brindikov yol münaqişəsi səbəbindən iki kişi tərəfindən döyülüb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilini binalardan birinin qarşısında saxlamaq istəyən generalın yoluna başqa bir avtomobil çıxıb. Brindikov siqnal verərək ona yol verilməsini istəyib. Lakin onun bu istəyi digər sürücünün xoşuna gəlməyib və o, yanındakı kişi ilə maşından düşərək generalı döyüb.

Eks-nazir müavini xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat verilmir.

Hücum edən şəxslərdən birinin Ukrayna vətəndaşı olduğu bildirilir. İkinci kişi haqda informasiya yoxdur.