Kredit borcları necə və nə vaxtdan silinəcək?


Digərləri 28 Fev 2019 18:51:00 213 0

Kredit borcları necə və nə vaxtdan silinəcək?

2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevralın 1-nə qədər dollarla kredit götürüb 6 min dollar borcu olan fiziki şəxsin borcundan fərmana görə 900 dollar, 8 min dollar borc götürübsə 1200 dollar, 10 min dollarlıq borc götürübsə 1500 dolları silinəcək.

Son.az bildirir ki, bu sözləri Axar.az-a iqtisadçı Qubad İbadoğlu Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib.

İqtisadçı bildirib ki, prezidentin fərmanı fiziki şəxsləri əhatə edəcək. Bu fərmanın sahibkarlara heç bir aidiyyəti yoxdur:

"Borcların silinməsinə növbəti 3 aydan başlanılmalıdır. Çox güman ki, birinci ay borcların araşdırılması ilə bağlı məsələyə sərf olunacaq. Ona görə, real olaraq bu proses növbəti iki ayda həll olunacaq.

Qısaca desək, borcların silinməsi növbəti yox, ondan sonrakı aydan etibarən başlanılacaq.

Fərman ancaq devalvasiya nəticəsində borcların qaytarılması çətinliyi ilə üzləşən şəxslərə aid ediləcək. Bu şəxslər əsasən iki qrupa bölünəcək. 2012-ci il yanvarın 1-dən 2015-ci ilin 21 fevralına qədər müqavilə imzalayanlar, əgər bu müqavilə nəticəsində onların qalıq borcları 10 min dollardan çox deyilsə və yaxud 17 min manatı keçməyibsə. O halda həmin borc ABŞ dolları ilə götürülübsə və yaxud ABŞ dolları ilə rəsmiləşdirilib, manatla verilibsə və ödənilmə yenə də dollar ekvivalentində aparılırsa, onda 1 ABŞ dollarına görə həmin borcların 0,5 dollar hissəsi silinəcək. 1 dolların manatla götürülmüş məbləğində isə 25 qəpik silinəcək".

İqtisadçı bildirib ki, 2015-ci ilin fevral ayından 2015-ci ilin dekabrın 21-nə qədər olan borclarda isə tətbiq edilən əmsallar fərqlidir. Çünki o zaman devalvasiya daha kəskin olub: