"Doktor" ləqəbli narkotacir Goranboyda ələ keçdi


Kriminal 28 Fev 2019 18:59:00 416 0

"Doktor" ləqəbli narkotacir Goranboyda ələ keçdi

Goranboy rayonunda "Doktor" ləqəbli narkotacir saxlanılıb.

Son.az Report-a istinadən bildirir ki, Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. 

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.