ADU-da “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib (FOTO)


Digərləri 28 Fev 2019 18:56:11 217 0

ADU-da “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

“Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla Nəsimi ilə bağlı fikirlər, düşüncələr, münasibətin dərin ənginliklərə, sonsuz düşüncə meydanlarına apardığını deyib: “Prezident İlham Əliyevin məhz “Nəsimi ili” elan etməsinin böyük hikməti var. Hikmətin bir tərəfi də onunla bağlıdır ki, o, xalqın, ictimaiyyətin canında, qanında, potensialında olan intellektual nöqtələri dərinləşdirməyə çalışır. Bu, çox vacib məsələdir. İnanıram ki, il ərzində biz Nəsimiyə bu və ya digər rakursdan baxa-baxa özümüz zənginləşəcəyik, öz klassikimizin, söz dühamızın hansı fəlsəfi və bədii qaynaqlara getdiyini özümüz üçün araşdıracağıq”.