Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi


Siyasət 28 Fev 2019 18:19:00 318 0

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

İndiyə qədər keçirilən iclaslarda ümumilikdə 300-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.