İlahiyyat İnstitutunun Xocalı faciəsi haqqında hazırladığı məqalə Türkiyə mətbuatında dərc olunub


Digərləri 28 Fev 2019 18:14:00 250 0

İlahiyyat İnstitutunun Xocalı faciəsi haqqında hazırladığı məqalə Türkiyə mətbuatında dərc olunub

Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millet” qəzetində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə dərc olunub.

Bakı. Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millet” qəzetində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə dərc olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!” başlıqlı məqalədə qeyd olunur: “Türkmənçay müqaviləsindən sonra böyük axınla qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər öz havadarlarının dəstəyi ilə azərbaycanlıları doğma yurdlarından çıxararaq, özgə yurdda özlərinə “vətən” yaratmağa nail oldular.