Smart Hub ilə təchiz olunmuş Samsung Qled TV 8K “ağıllı” televizorun istənilən imkanından rahat istifadə


Digərləri 28 Fev 2019 18:00:00 407 0

Smart Hub ilə təchiz olunmuş Samsung Qled TV 8K  “ağıllı” televizorun istənilən imkanından rahat istifadə

Günümüzdə televizorlar daha "ağıllı" funksiyaları daha qəliz olsa da, lakin eyni seqmentə aid modelləri biri birindən ayırd etmək çox çətindir. Bu səbəbdən Samsung-un dünyada ilk 8K keyfiyyətli görüntünü dəstəkləyən televizoru təqdim etməsi böyük marağa səbəb olub. Əsrimizin fenomeni, biznesmen və mühəndis İlon Maskın sözləri ilə desək: "İnovativ düşüncə haradan yaranır?  Bu özünə inamdır. Qərar vermək lazımdır ki, biz bu işi başqa cür etməyə cəhd edəcəyik". Beləliklə, Samsung sözü gedən inovativ düşüncəyə əsaslanaraq hər il bizlərə yeni məhsullar təqdim edir.

Yeni Qled TV 8K realistik və dəqiq təsvirdən zövq almanız üçün 33 milyon piksel icazəlidir. Samsung-un  HDR 10+ texnologiyası sayəsində isə "ağıllı" televizor hər səhnənin keyfiyyətini optimallaşdıraraq, ekranda istənilən, hətta xırda detalları belə, izləməyə imkan yaradır. Əlavə olaraq, Ambient Mode rejimi sayəsində Qled TV divar üzərində yerləşən sadəcə qara qutu və ya çərçivə deyil və hətta siz ondan istifadə etmədiyiniz halda o, divar fakturasına uyğunlaşaraq, ətraf mühitin bir hissəsinə, sənət əsərinə, istədiyiniz zaman isə seçilmiş şəkilləriniz olan qalereyaya çevrilə bilir.  

Samsung televizorlarının yeni məhsul xətti 8K keyfiyyətli video ötürməklə kifayətlənməyərək, xüsusi süni zəka üzərindən işləyən prosessor sayəsində istənilən kontenti 8K keyfiyyətinə qədər yaxşılaşdıra bilir. Beləliklə, siz həm sevdiyiniz tele-proqramları, həm də internetdən seçdiyiniz istənilən filmi seyr edə bilərsiniz, belə ki, yeni Qled TV televizorları  Smart Hub dəstəkləyir.

Samsung-un təqdim etdiyi sözü gedən bu platforma özündə Smart TV üçün nəzərdə tutulmuş standart əlavələri birləşdirir. Həmçinin, Smart Hub əlavə proqramlarında yüklənməsini dəstəkləyir. Smartfon menyusuna oxşar bu sistem ümumi ayarlara, player-lərə, kabel və peyk kanallarına, brauzerlərə çıxışı təqdim edir.  Əlavə olaraq ekranda əvvəlcədən yüklənmiş əlavələrdə əks etdirilir. Smart TV-nin əsas üstünlüyü, böyük sayda şəbəkə kanallarına qoşulmaqdır, belə ki, istədiyinizdə televizor sevimli seriyalınızın növbəti seriyasını və ya idman yarışını yazıb, istəkləriniz əsasında sizə maraqlı ola biləcək kontenti müəyyən edə bilər. Samsung Apps-dən isə video kontent, hava proqnozu proqramları və sairə əlavələri yükləyə bilərsiniz.

2015-ci ildən Samsung smart televizorları Tizen əməliyyat sistemi ilə təchiz olunurlar. Tizen sayəsində  Wi-Fi və Bluetooth köməyi ilə SmartView  əlavəsindən audio və video materiallarla bölüşmək, əlavələr, widget-lər və oyunlar yükləmək mümkündür. Tizen platformasının sürətli işləməsi sayəsində widget-lər arasında keçid bir göz qırpımında icra edilir. Sistem, eyni anda bir necə cihazı birləşdirərək, bir smartfondan idarə edilməsini təmin edir. Samsung-un Tizen əməliyyat sistemi istifadəni rahatlaşdıran, sadə və anlaşılan qrafik interfeyslə təchiz edilmişdir.