Magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı artıb


Digərləri 28 Fev 2019 17:34:00 206 0

Magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı artıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

Son.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib.

Onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib:

"2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb".

Mərkəzdən qeyd edilib ki, 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49.73% və 53.61%-nin 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil edib.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il orta göstəricisi 51.36 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının (12 545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.