“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görülüb


Digərləri 28 Fev 2019 17:03:00 240 0

“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görülüb

Mərkəzi Bank tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilib.

Bakı. “Premium Bank” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülüb. Bankdan Trend-ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilib.