Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıla bilər


Digərləri 28 Fev 2019 16:44:00 221 0

Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıla bilər

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılmaqla, bu qurumun büdcəsindən maliyyələşdirilsin.