Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu


Digərləri 28 Fev 2019 16:39:00 183 0

Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentopun Azərbaycana səfər tarixi dəqiqləşib.

Son.az Trend-ə istinadən bildirir ki, M.Şentopun martın 5-6-da Azərbaycana səfər edəcəyi bildirilir. Səfər çərçivəsində türkiyəli spikerin Azərbaycanda yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə KİV-ləri spikerin, həmçinin Şimali Kiprə də səfər edəcəyi barədə xəbər yayıb.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib və bu vəzifədə Binəli Yıdırımı əvəz edib.