Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın sərgisi açılacaq


Kriminal 28 Fev 2019 16:17:00 393 0

Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın sərgisi açılacaq

Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın "Zoospektiv və morfospektiv" adlı sərgisi açılacaq.

Son.az bildirir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, sərgidə müəllifin 40-dək əsəri nümayiş olunacaq.

Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.