Bu avtobusda da pulsuz "Wi-Fi" oldu


Digərləri 28 Fev 2019 14:49:30 256 0

Bu avtobusda da pulsuz "Wi-Fi" oldu

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb

Bakı. Hüseyn Vəliyev - "Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb. Trend-in məlumatına görə, bundan əvvəl 18 və 85 saylı marşrut xətt avtobuslarında da pulsuz "Wi-Fi" xidməti işə salınmışdı. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.