BDU-da “Elm günü”nə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)


Digərləri 28 Fev 2019 14:39:00 227 0

BDU-da “Elm günü”nə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib.

Bakı. Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Trend-in məlumatına görə, Tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda "dəyirmi masa" keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi "dəyirmi masa"da universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.