Dostunu qətlə yetirən şəxsin məhkəməsində zərərçəkən: "Ən ağır cəza verilsin..."


Kriminal 28 Fev 2019 14:24:00 327 0

Dostunu qətlə yetirən şəxsin məhkəməsində zərərçəkən: "Ən ağır cəza verilsin..."

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən, zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Fikrət Salmanovun əmisi Elbrus Salmanov bildirib ki, mərhumun atası və anası bir neçə il əvvəl vəfat edib, təqsirləndirilən şəxsdən şikayətçidir: "Məndən daha çox mərhumun xanımının fikiri önəmlidir. O deyir ki, ən ağır cəza verilsin. Mən də onu tələb edirəm".

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.