Hikmət Hacıyev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz


Digərləri 28 Fev 2019 14:11:00 204 0

Hikmət Hacıyev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.

Bakı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri N.Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edərkən bildirib. Hikmət Hacıyev deyib ki, danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır: "Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və N.Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir. Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin