Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gələcək


Siyasət 28 Fev 2019 13:57:00 294 0

Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gələcək

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

Son.az bildirir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.

Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamli inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları olacaq.

Son.az