“Bu yaşıma qədər belə iş tutmamışam” “Lyuk” oğrusunun peşmançılığı


Kriminal 28 Fev 2019 13:44:00 292 0

“Bu yaşıma qədər belə iş tutmamışam”  “Lyuk” oğrusunun peşmançılığı

Abşeron rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri ortaya çıxıb.

Məlum olub ki, "Hyundai Elantra" markalı avtomobillə ara küçələrdə hərəkət edən şəxslər 7-dən çox kanalizasiya quyusunun qapağını çıxardaraq avtomobilin yük yerinə qoyublar.

Keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Rıza Soltanov və Zülfəli Yusifov saxlanılıb.

Rıza Soltanov - Saxlanılan şəxs: "Zülfəli ilə birgə metal yığa-yığa gedib Qobuya çıxdıq. Yolda 6 ədəd kanalizasiya qapağı gördük. Götürüb gətirdik Binəqədidə satdıq. 60, 70 manat pul idi, aramızda böldük. Peşmanam, bu yaşıma kimi belə iş tutmamışdım. Allah şeytana lənət eləsin".


Xəbərə aid fotolar