Bu il 87 nəfər dərmanların fəsadları ilə bağlı xəstəxanaya müraciət edib


Digərləri 28 Fev 2019 13:29:00 201 0

Bu il 87 nəfər dərmanların fəsadları ilə bağlı xəstəxanaya müraciət edib

Bu ilin əvvəlindən indiyədək 56 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Son.az bildirir ki, bunu Trend-ə özəl olaraq mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 18-i xəstəxanaya yerləşdirilib. Müraciət edənlərin 4-ü uşaq olub ki, onlardan da 3-ü stasionar müalicəyə qəbul edilib.

A.Maqsudov bildirib ki, bu il ərzində 4-ü uşaq olmaqla, 31 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib. Onların 14-ü (2-si uşaq olub) xəstəxanaya yerləşdirilib.