Bu gün Fədayə Laçının məhkəməsi olacaq


Digərləri 28 Fev 2019 13:01:00 248 0

Bu gün Fədayə Laçının məhkəməsi olacaq

Xəbər verdiyimiz kimi, Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın apelyasiya şikayəti verib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu gün məhbus müğənni yenidən hakim qarşısına çıxacaq. Bu barədə müğənninin vəkili Türkel Süleymanlı deyib. O bildirib ki, bu gün məhkəmənin ilkin prosesi keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.