Səyavuş Heydərov: "Bu, bəzi qərb dairələrini qane etmir və təzyiq göstərməyə çalışırlar"


Digərləri 28 Fev 2019 12:47:00 277 0

Səyavuş Heydərov: "Bu, bəzi qərb dairələrini qane etmir və təzyiq göstərməyə çalışırlar"

Azərbaycanın milli maraqları bəzi qərb dairələrini qane etmir və nəticədə təzyiq göstərməyə çalışırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bu gün qərb dövlətlərinin islamofobiya siyasəti məqsədyönlüdür: "Onlar zəif və idarəolunan Azərbaycan istəyirlər. İstəyirlər ki, Azərbaycanda məskunlaşıb Rusiyaya qarşı işləsinlər. Təbii ki, biz buna imkan verə bilmərik".