Müəllim və həkimlərə ipoteka kreditinin verilməsi ilə bağlı güzəştlərin tətbiqi təklif edilir


Digərləri 28 Fev 2019 12:27:57 254 0

Müəllim və həkimlərə ipoteka kreditinin verilməsi ilə bağlı güzəştlərin tətbiqi təklif edilir

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir. Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci ilü zrə illik məruzəsində qeyd edilib. Məruzədə təklif edilir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisəsində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlər tətbiqi edilsin. Bu məqsədlə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”na müvafiq bəndin əlavə edilməsi təklif edilir.