Qvardiola nəticədən razı qalıb


İdman 28 Fev 2019 11:55:00 393 0

Qvardiola nəticədən razı qalıb

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Premyer Liqa çərçivəsində West Ham-la matçı (1:0) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı ağır oyun olduğunu deyib. “Çətin oldu. Rəqib müqavimət göstərdi. Amma qalib gəlməyi bacardıq. Standart vəziyyətlərdə üstünlük bizdə idi. İlk beş dəqiqədə qol vursaydıq matç tam başqa cür olacaqdı. Nəticədən razıyam. İkinci yarıda daha yaxşı oynadıq. Son 15-20 dəqiqə rahatlıq tapmaq üçün qol vəziyyətlərini qola çevirmək lazım idi. Hər halda 3 xal əldə etdik. Liverpool-la xal fərqinin artmasına imkan vermədik. Əsas budur”,- mütəxəssis deyib.