“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar”


Şou-biznes 28 Fev 2019 11:54:00 352 0

“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar”

"2003-cü ildə Zəncan şəhərində stadion konsertinin ikinci günü... Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci gün isə konsertimi ləğv etmək qərarına gəldilər". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqramda yazıb. O, İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:

"Oteldən çıxmaq qadağası ilə razılaşsaq da, konsertin ləğvini heç cür qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar, bizi başa düşdülər. Yalnız bir şərtlə konsertə icazə verdilər: ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. Nəzərə alsaq ki, İran adət və ya qanununa görə, səhnədə hətta qol qaldırıb rəqs etməkdə qəbahət saylır, demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər.