Sammitdə uğursuzluq Donald Tramp və Kim Çen In razılığa gələ bilmədi


Dünya 28 Fev 2019 11:59:00 255 0

Sammitdə uğursuzluq  Donald Tramp və Kim Çen In razılığa gələ bilmədi

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın Hanoy şəhərində keçirilən sammitdə orta məxrəcə gələ bilməyib.

Bu barədə "Reuters" Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

"Hər hansı razılaşma əldə olunmayıb, bununla belə, tərəflər gələcəkdə bir daha görüşmək niyyətindədirlər", - deyə ABŞ administrasiyasının mətbuat katibi Sara Sanders bildirib.

Məlumata görə, liderlər artıq danışıqların keçirildiyi "Metropol" hotelini tərk edib, Trampın yekun mətbuat konfransının isə vaxtı dəyişdirilib. Halbuki görüşün son saatlarında müqavilənin imzalanma mərasiminin və birgə naharın keçirilməsi planlaşdırılırdı.

"Görüşdə Kim Çen In nüvə və raket sınağı keçirməyəcəklərinə vəd verdi".