Bakı Ali Neft Məktəbi və SOCAR Foster Wheeler şirkəti arasında memorandum imzalandı


Digərləri 28 Fev 2019 11:53:00 191 0

Bakı Ali Neft Məktəbi və SOCAR Foster Wheeler şirkəti arasında memorandum imzalandı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov arasında Anlaşma memorandumu imzalanıb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov arasında Anlaşma memorandumu imzalanıb. BANM-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri, tələbələr, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin direktor müavini Mario Castellano, İnsan resursları üzrə menecer Lali Əlizadə, mühəndislik üzrə menecer müavini Adil Abbasov, SOCAR-ın İnsan resursları məsləhətçisi Elnur Şıxəliyev və başqaları iştirak ediblər. Anlaşma Memorandumunun məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin planlaşdırılmasından ibarətdir. Memorandum Ali Məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını, şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün mühazirələr və master klasslar keçirilməsini, məzunlar üçün karyera imkanlarının yaradılmasını və digər əməkdaşlıqistiqamətlərini özündə birləşdirir. Mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, Ali Məktəbin bir neçə məzunu artıq SOCAR FW-də çalışır, bu memorandumun imzalanması isə şirkətlə Ali Məktəbin əməkdaşlıq istiqamətini daha da genişləndirəcək.