İcra başçısı dəm qazından ölüb?


Digərləri 28 Fev 2019 11:44:00 226 0

İcra başçısı dəm qazından ölüb?

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ilkin olaraq ürək tutmasından öldüyü bildirilsə də, Bakı Şəhər Prokurorluğu onun vəfat etməsi faktı ilə bağlı cinayət işi başlandığını açıqlayıb.

Son.az bildirir ki, Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertiza təyin olunub. Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 

Qeyri-rəsmi məlumatlarda və sosial şəbəkələrdə yayılan xəbərlərdə icra başçısının dəm qazından öldüyü bildirilsə də, bu versiya hələ ki araşdırılır.

Mərhum icra başçısının köməkçisi Yavər Aslanov Modern.az-a növbəti açıqlamasında ekspertizanın rəyini gözlədiklərini bildirib:

"Biz də rəsmi məlumatlarda deyilənləri bilirik. Nəticələr ekspertizadan sonra bilinəcək. Buna qədər olan söhbətlər isə sadəcə ehtimal və şayiədir".