Abşeron və Sumqayıtda internet kəsildi


Digərləri 28 Fev 2019 11:25:00 234 0

Abşeron və Sumqayıtda internet kəsildi

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

Son.az Report-a istinadən bildirir ki, buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan "Delta Telecom" şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.