XİN: Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir


Digərləri 28 Fev 2019 11:01:00 187 0

XİN: Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur

Bakı. Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. L.Abdullayeva bildirib ki, Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir: "Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin