Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı


Dünya 28 Fev 2019 10:44:00 206 0

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı

Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.

Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.