Toyota 186 mindən çox avtomobili geri çağırdı


Digərləri 28 Fev 2019 10:34:00 235 0

Toyota 186 mindən çox avtomobili geri çağırdı

"Toyota" şirkəti Çində 186 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.