Manchester United 11-ə çatdı


İdman 28 Fev 2019 10:10:00 317 0

Manchester United 11-ə çatdı

Crystal Palace futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunda Manchester United-i qəbul edib.

Goal.az xəbər verir ki, Londonun "Selherst Park"stadionunda baş tutan görüş 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Manchester United bu qələbə sayəsində Premyer Liqada məğlubiyyətsizlik seriyasını 11 oyuna, xallarının sayını isə 55-ə çatdırıb. Komanda hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Crystal Palace (30) 14-cü yerdədir. Çempionata 69 xalla Liverpool liderlik edir.